Rəşt-Astara dəmir yolunun tikintisinə gələn ildən başlanacaq

Baş səhifə

Bakı. Trend:

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində
Rəşt-Astara dəmiryolunun tikintisinə gələn ildə başlanacağı
gözlənilir.

Trend-in
məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçi
bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə
mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İran sözügedən dəmir yolunun tikintisi ilə
əlaqədar Azərbaycan və Rusiya ilə yaxından əməkdaşlıq edir.

Əraqçi bildirib ki, hazırda tikintiyə başlamaq üçün hazırlıq
işləri aparılır. Artıq işlərin 50%-i tamamlanıb.