
Azərbaycanda kənd təsərrüfatı məhsulları ixracı dəyər ifadəsində son 5 ildə 43%, son 10 ildə 2,9 dəfə artıb.
“APA-Economics” xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müşaviri Zaur Əliyev “Gömrük Biznes Forumu 2025” adlı tədbirdə deyib.
O qeyd edib ki, kənd təsərrüfatı məhsulları ixracı 2025-ci ilin ilk 10 ayı üzrə 875,1 milyon ABŞ dolları təşkil edib və əsas ixrac məhsulları meyvə (57%), tərəvəz (23%) və pambıq lifi (16%) olub:
“2024 cü ildə kənd təsərrüfatı məhsulları idxalı 1,08 milyard ABŞ dolları və ixracı 948 milyon ABŞ dolları təşkil edib”.

