
Bu ilin 9 ayı ərzində BP şirkəti 6.250 əməliyyat üzrə ümumi dəyər 170 milyon dolar civarında idxal həyata keçirib.
“APA-Economics” xəbər verir ki, bunu BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Gömrük Biznes Forumu 2025” adlı tədbirdə deyib.
O bildirib ki, ötən ilin 9 ayı ilə müqayisəsə bu göstərici 130 milyon dolar çoxdur.
“Yeni layihələrimizdən Şəfəq layihəsi, işqaldan azad olmuş Cəbrayıl rayonu ərazisində həyata keçirilir. Bu sahədə bizim də əvvəllər fəaliyyətimiz olmayıb və bu yeni sahə üzrə də idxal- ixrac əməliyyatlarının həyata keçirilməsində gömrük orqanları ilə yaxından fəaliyyətimiz var və məhz bunun nəticəsində artıq panellərinin təxminən 20%-i artıq Cəbrail rayonu ərazisindədir” – deyə Bəxtiyar Aslanbəyli qeyd edib.

