Pezeşkian Qazaxıstana rəsmi səfər edəcək

Baş səhifə
Pezeşkian Qazaxıstana rəsmi səfər edəcək

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Qazaxıstana rəsmi səfər edəcək.

“Report”un Akordaya istinadən verdiyi məlumata görə, Pezeşkianın səfəri 10-11 dekabr tarixlərində baş tutacaq.

“Səfər çərçivəsində yüksək səviyyəli danışıqların keçirilməsi planlaşdırılır. Bu zaman ticari-iqtisadi, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə Qazaxıstan-İran əməkdaşlığının daha da gücləndirilməsinə dair məsələlər müzakirə ediləcək”, – Qazaxıstan dövlət başçısının mətbuat xidmətinin məlumatında bildirilib.