Hindistanda klubda yanğın baş verib

Baş səhifə

Bakı. Trend:

Hindistanın Qoa ştatında yerləşən “Birch by Romeo Lane” klubunda
güclü yanğın baş verib.

Trend xəbər verir
ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Ştat rəhbəri Pramod Savanın “X”də açıqladığı rəsmi məlumata
əsasən, hadisə nəticəsində aralarında üç-dörd turistin də olduğu ən
azı 25 nəfər həyatını itirib.




Yanğın gecə yarısından az sonra məşhur çimərliklərdən birinin
yaxınlığındakı klub ərazisində alovlanıb. Üç nəfər yanıq xəsarəti
alıb, digər zərərçəkənlər isə əsasən tüstüdən zəhərlənib. Polis
qurbanların çoxunun klub əməkdaşları olduğunu ehtimal edir.

Qoa Yanğından Mühafizə Xidmətinin rəisi Nitin Raker bildirib ki,
hadisə vaxtı “alov şousu” nümayiş etdirilirmiş. Dekorativ taxta
konstruksiyalar dərhal alışaraq yanğının qısa müddətdə bütün
ərazini bürüməsinə səbəb olub.

Yanğın söndürüldükdən sonra bina möhürlənib. Yanğın
təhlükəsizliyi xidmətləri obyektin norma və tələblərə uyğunluğunu
araşdırmağa başlayıb.