Meksikada bomba yüklü avtomobilin partlaması nəticəsində 5 nəfər ölüb

Baş səhifə
Meksikada bomba yüklü avtomobilin partlaması nəticəsində 5 nəfər ölüb

Şənbə günü Koahuayana (Miçoakan ştatı, Meksika) bələdiyyəsində polis idarəsi qarşısında bomba yüklü avtomobilin partladılması nəticəsində 5 nəfər ölüb.

“Report”un məlumatına görə, bu barədə ştatın Baş Prokurorluğu məlumat yayıb.

“Hadisə yerində partlayış nəticəsində dağılmış yolsuzluq avtomobili, iki nəfərin qalıqları ilə birlikdə aşkarlanıb. Partlayışda polis əməkdaşları da daxil olmaqla 8 nəfərin yaralanıb. Onlar xəstəxanaya aparılıb və üç nəfərin həyatını xilas etmək mümkün olmayıb”, – prokurorluğun açıqlamasında bildirilib.

Vurğulanıb ki, hadisənin araşdırılması üçün prokurorluğun, eləcə də Milli Müdafiə, Dəniz Qüvvələri, İctimai Təhlükəsizlik və Mülki Müdafiə nazirliklərinin əməkdaşları hadisə yerinə göndərilib.

Ştat prokurorluğu hadisənin hallarının araşdırılmasında federal qurumlarla işləməyə davam edəcəyini vurğulayıb.