Bakı. Trend:
ABŞ Qəzza zolağında müharibə başlayandan bəri əlaqə qurmayan
İsrailin Baş naziri Binyamin Netanyahu ilə Misir Ərəb
Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi arasında görüş
təşkil etməyi nəzərdən keçirir.
Trend xəbər verir
ki, bu barədə “Axios” məlumat yayıb.
Bildirilib ki, Vaşinqton Netanyahunun Misirlə strateji qaz
sazişini təsdiqləyəcəyini və Əs-Sisini görüşə razı salmaq üçün
əlavə addımlar atacağını gözləyir.
Məlumatda deyilir ki, bu təşəbbüs ABŞ-ın iqtisadi diplomatiya
vasitəsilə İsrail və ərəb ölkələri arasında münasibətləri
yaxşılaşdırmaq səylərinin bir hissəsidir.

