
Bakı. Trend:
“Qalatasaray”ın yarımmüdafiəçisi Qabriel Sara İngiltərəyə qayıda
bilər.
Trend xəbər verir ki, “Lids
Yunayted” braziliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə “Football Insider” məlumat yayıb.
Premyer Liqa təmsilçisi Saranı yanvar ayında heyətinə qatmağa
çalışacaq. İstanbul nəhəngi 26 yaşlı orta xətt oyunçusunu 20 milyon
avroya satmağa hazırdır.
Qeyd edək ki, “Qalatasaray” Qabriel Saranı 2024-cü ilin yayında “Norviç”dən 18 milyon avroya transfer edib. “Sambaçı” bu mövsüm “sarı-qırmızılar”ın heyətində meydana çıxdığı 20 rəsmi matçda 1 qol
və 2 məhsuldar ötürmə ilə yadda qalıb.


