Bakı. Trend:
Cənubi Afrikanın paytaxtı Pretoriyada üç silahlı şəxs
hotellərdən birinə basqın edib. Silahlı hücum nəticəsində 11 nəfər
ölüb, 25 nəfər yaralanıb.
Trend xəbər
verir ki, paytaxt polisinin verdiyi məlumata görə, Pretoriyadan 18
kilometr qərbdə yerləşən Solsfild qəsəbəsindəki hadisədə ölənlər
arasında iki uşaq və bir gənc də olub.
Silahlı hücumun səbəbləri hələ də məlum deyil və heç bir şübhəli
şəxs həbs edilməyib.
Polisin verdiyi məlumata görə, bu ilin aprel ayından sentyabra
qədər silahlı zorakılıq gündə təxminən 63 nəfərin həyatını son
qoyub.

