Mərkəzi Banka yeni səlahiyyət verilib

Baş səhifə

Bakı. Trend:

“Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair
Qayda”da dəyişikliklər edilib.

Trend-in
məlumatına görə, bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımov
müvafiq qərar imzalayıb.




Sənədə əsasən, ödəniş kartları vasitəsilə aparılmış əməliyyatlar
haqqında məlumatların toplanması, emalı və ötürülməsinə, həmçinin
kart emissiyasına və ekvayrinqinə texniki xidmət göstərilməsi üzrə
fəaliyyəti həyata keçirən ödəniş sistemlərinin operatorları və
banklar arasında kartlar vasitəsilə ölkə daxilində aparılmış
əməliyyatlar üzrə məlumatların ötürülməsi, emalı və klirinqi
Mərkəzi Bank tərəfindən həyata keçiriləcək.