Bakı. Trend:
“Spartak”ın müdafiəçisi Aleksandr Ciku Türkiyə Super Liqasına
qayıda bilər.
Trend Türkiyə
KİV-ə istinadən xəbər verir ki, “Beşiktaş” qanalı futbolçunu
transfer etmək istəyir.
İstanbul nəhənginin baş məşqçisi Sergen Yalçın Cikunun oyununu
bəyənir. “Qara qartallar” 31 yaşlı mərkəz müdafiəçisini yanvar
ayında transfer etmək üçün Rusiya klubu ilə danışıqlara başlayacaq.
Təcrübəli oyunçu özü də Türkiyəyə qayıtmağa isti yanaşır.
Qeyd edək ki, “Spartak” Aleksandr Cikunu bu ilin sentyabr ayında “Fənərbaxça”dan 2,5 milyon avroya transfer edib. Qana millisinin
üzvü Moskva təmsilçisinin heyətində 12 rəsmi matçda meydana
çıxıb.

