Zaqatalada piyada ölümü ilə nəticələnən qəza baş verib

Baş səhifə

Bakı.Trend:

Zaqatalada piyada ölümü ilə nəticələnən qəza baş verib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib ki,
bu gün səhər saatlarında Zaqatala rayonunun Aşağı Tala kəndi
ərazisində Rövşən Hazmanov idarə etdiyi “VAZ-21099” markalı
avtomobillə yolu keçən piyada, 1968-ci il təvəllüdlü Dilbər
Osmanovanı vurub.




Piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb,
araşdırmalar aparılır.