
Bakı. Trend:
Bakı ilk dəfə olaraq D-8 Gənclər Dialoquna ev sahibliyi
edir.
Trend xəbər
verir ki, tədbir D-8 üzv dövlətlərinin gənclər siyasətinə məsul
qurumlarının rəhbərlərini, aparıcı gənclər təşkilatlarının
nümayəndələrini, siyasətçiləri və sahə üzrə tanınmış beynəlxalq
ekspertləri bir araya gətirəcək.
Dialoq Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Gənclər
Qlobal Şəhər Gündəliyinin Gələcəyini Formalaşdırır: Sabahın
Dayanıqlı və İqlimədavamlı Şəhərləri mövzusuna həsr olunacaq.
Tədbirin əsas məqsədi gənclər arasında regional və beynəlxalq
əməkdaşlığın gücləndirilməsi, innovasiya və məşğulluq sahəsində
gənclərin potensialının artırılması, eləcə də dayanıqlı, inklüziv
və davamlı şəhər mühitinin qurulmasında gənclərin rolunun
genişləndirilməsidir.
Forum çərçivəsində “İnsan kapitalının inkişafı və dayanıqlı
şəhərsalma – Gənclər inkişafın aparıcı gücü kimi”, “Dayanıqlı
şəhərsalma: Gənclər və şəhərlərin gələcəyi”, “Ağıllı və inklüziv
şəhərlər üçün transformasiya” kimi mövzuların müzakirəsi nəzərdə
tutulub.
Forumda 8 ölkədən və Təşkilatın Katibliyindən 30-dan çox xarici
nümayəndə, 10-dək peşəkar çıxışçı olmaqla ümumilikdə 100-dən çox
qonaq iştirak edəcək.


