
Bakı. Trend:
İtaliyanın Baş naziri Ciorcia Meloni ABŞ Administrasiyasının
açıqladığı və “Avropanın öz ayaqları üstündə dura bilməli olduğu”nu
vurğulayan yeni milli təhlükəsizlik strategiyasına münasibət
bildirib.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, Meloni “LA7” kanalına verdiyi
müsahibədə ölkə daxili və xarici siyasətdəki inkişaflarla bağlı
qiymətləndirmələr aparıb.
“Əgər Avropa böyük olmaq istəyirsə, özünü müdafiə edə
bilməlidir. Təhlükəsizliyi başqasına həvalə etdiyiniz zaman bunun
bir qarşılığı olacağını bilməlisiniz. NATO sammitində baş verənlər
tam olaraq budur, bu məni təəccübləndirmədi. Bunun qaçılmaz bir
proses olduğunu və bizim üçün bir imkan yaratdığını bilirik.
Əlbəttə ki, müdafiənin iqtisadi xərci var, lakin siyasi azadlıq
gətirir”, – deyə o bildirib.
Meloni, ABŞ ilə Avropa İttifaqı (Aİ) arasındakı münasibətlərdə
bir çat görmədiyini də əlavə edib. O, ABŞ-nin strateji sənədində
Avropa siyasəti ilə bağlı edilən bəzi qiymətləndirmələrlə razı
olduğunu deyib.


