146 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir

Baş səhifə

Bakı. Trend:

Paytaxtın Yeni Suraxanı və Şüvəlan qəsəbələrini əlaqələndirən
146 nömrəli marşrut üzrə mövcud avtobusların yenilənməsi həyata
keçiriləcək.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən
məlumat verilib.

AYNA tərəfindən keçirilən müsabiqənin nəticəsinə əsasən,
dekabrın 7-dən sərnişinlərin xidmətinə müasir “Karsan” markalı
avtobuslar veriləcək.




Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0.55 AZN
təşkil edəcək.

Qeyd edilib ki, vətəndaşların rahatlığı, onlara keyfiyyətli və
təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə
avtobus parkının yenilənməsi AYNA tərəfindən diqqətdə
saxlanılır.