Almaniya Kansleri Fridrix Merts dekabrın 9-da Berlində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş keçirəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Almaniya hökumətinin nümayəndəsinin müavini Sebastian Hille bildirib.
“Dekabrın 9-u saat 16:00 radələrində Almaniya Kansleri Ermənistan Baş naziri Nikol Paşinyanı qəbul edəcək. Sonrakı danışıqlar ikitərəfli iqtisadi əməkdaşlığa, regional məsələlərə və Ermənistanla Azərbaycan arasında sülh prosesinə həsr olunacaq”, – o qeyd edib.
S.Hille bildirib ki, danışıqların yekununda liderlərin birgə mətbuat konfransının keçirilməsi planlaşdırılır.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

