Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq

Baş səhifə

Bakı. Trend:

Sabah hava şəraiti ilə əlaqədar avtomobil yollarında gözlənilən
vəziyyət açıqlanıb.

Trend xəbər
verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat
yayıb.




Bildirilib ki, dekabrın 6-da bəzi dağlıq və dağətəyi rayonlarda
dumanlı hava müşahidə olunacaq. Bu hava şəraiti ilə əlaqədar olaraq
avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000
metrədək məhdudlaşacağı gözlənilir.