Azərbaycan-Belarus Müdafiə nazirlikləri pilotsuz uçuş aparatları sahəsində əməkdaşlığı müzakirə edib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında 2025-ci il
üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Belarus nümayəndə
heyəti ilə “Pilotsuz aviakomplekslərin tətbiqi və pilotsuz uçuş
aparatları operatorlarının hazırlanması sahəsində əməkdaşlığa dair
işçi görüş” keçirilib.

Trend xəbər
verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Görüş zamanı insansız hava sistemləri sahəsində ətraflı fikir
mübadiləsi aparılıb. Tərəflər bu istiqamətdə əməkdaşlığın
genişləndirilməsi imkanlarını dəyərləndirərək maraq doğuran bir
sıra məsələləri müzakirə ediblər.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli
çəkdirilib.