Üç yaşlı hindistanlı Sarvaqya Sinq Kuşvaha Beynəlxalq Şahmat Federasiyasının (FIDE) ən gənc üzvü olub.
“Report”un “ETV Bharat”a istinadən məlumatına görə, o, 3 yaş 7 ay 20 günlüyündə FIDE üzvlüyünə qəbul edilib.
Sarvaqya Sinq Kuşvaha bununla da həmyerlisi Aniş Sarkarın rekordunu qırıb. A.Sarkar 3 yaş 8 ay 19 günlüyündə ən gənc şahmatçı ünvanına yiyələnib.
Qeyd edək ki, Hindistanın Madhya-Pradeş ştatının sakini olan Sarvaqya Sinq Kuşvaha (1572) ölkəsində keçirilən bir sıra şahmat turnirlərində uğurla çıxış edib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

