Yanğın oldu –

Baş səhifə

Yevlaxda yanğın hadisəsi baş verib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, şəhər ərazisində evdə baş vermiş yanğın nəticəsində bir nəfər ölüb, iki nəfər yanıq xəsarətləri alıb.

Xəsarət alanlar Yevlax Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb.

Yevlax RMX-nin ictimaiyyətlə əlaqələr bölməsindən bildirilib ki, dekabrın 5-də saat 01:20-də 2 nəfər (1 kişi, 1 qadın) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Yanıq xəsarətləri alan pasiyentlərə tibbi yardım göstərilib. Onlardan 1965-ci təvəllüdlü şəxsin (qadın) vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

1967-ci il təvəllüdlü digər şəxs isə (kişi) daha ixtisaslı tibbi yardım almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub.

Faktla bağlı araşdırma aparılır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.