“Olimpiakos” – “Fənərbağça” oyunu təxirə salındı

Baş səhifə

Basketbol üzrə Avroliqada bu gün keçirilməsi nəzərdə tutulan “Olimpiakos” (Yunanıstan) – “Fənərbağça” (Türkiyə) oyunu təxirə salınıb.

Modern.az xəbər verir ki, güclü yağış səbəbindən arenanın damında sızma olub. Buna görə də matç təxirə salınıb.

Qarşılaşmanın hansı tarixdə təşkil olunacağı bəlli deyil.