Azərbaycan Kuboku: 1/4 final mərhələsinin cütləri bəlli olub

Baş səhifə
Azərbaycan Kuboku: 1/4 final mərhələsinin cütləri bəlli olub

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin bütün cütləri bəlli olub.

“Report”un məlumatına görə, buna 1/8 final mərhələsinin oyunlarından sonra aydınlıq gəlib.

Azərbaycan Kuboku

1/4 final mərhələsinin cütləri:

“Turan Tovuz” – “Kəpəz”

“Zirə” – “Sumqayıt”

“Şamaxı” – “Qarabağ”

“Sabah” – “Qəbələ”

Qeyd edək ki, Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları 3-4 fevralda, cavab matçları 3-4 martda təşkil olunacaq.