
Futbol üzrə Türkiyə milli komandasının oyunçusu Merih Demiral Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu ilə müqaviləsini uzadıb. Ulduz futbolçu 2029-cu ilə qədər “Əl-Əhli”nin şərəfini qoruyacaq.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb. Demiralın ildə 13 milyon avro maaş alacağı bildirilir.
Qeyd edək ki, Merih Demiral “Əl-Əhli”də 3-cü mövsümünü keçirir.
“Sportinq”, “Alanyaspor”, “Sassuolo”, “Yuventus”, “Atalanta” kimi klublarda çıxış edən 27 yaşlı müdafiəçi 2023-cü ildə “Əl-Əhli”yə keçib.
Merih bu mövsüm ərəb komandasının heyətində 16 oyuna çıxıb və 1 qol vurub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

