Netanyahu Mossad-a yeni başçı təyin edib

Baş səhifə

Bakı. Trend:

İsrail baş naziri Binyamin Netanyahu nazirlər kabinetinin büdcə
məsələlərinə həsr olunmuş iclasında “Mossad”ın (kəşfiyyat və xüsusi
təyinatlı əməliyyatlar həyata keçirən İsrail xüsusi xidmət
orqanı-red.) növbəti rəhbərinin adını elan edib.

Trend bu barədə
İsrail KİV-ə istinadən xəbər verir.

Məlumata görə, xüsusi xidmət orqanının başına general mayor
Roman Hofman gətirilib.




Hofman hərbi karyerasına İsrail Müdafiə Qüvvələrinin (IDF)
Zirehli Korpusundan başlamış və pillə-pillə karyerada yüksəlib, bir
müddət diviziya komandiri olub.

“Hofman yüksək səviyyədə fərqlənmiş bir zabitdir,” “Müharibənin
ən qızğın vaxtında baş nazirin hərbi katibi təyin olunması onun
qeyri-adi peşəkar bacarıqlara malik olduğunu sübut etdi” – deyə
Netanyahunun ofisinin açıqlamasında bildirilir.