
Ömər Paşayevin AFFA Hakimlər Departamentinin rəhbəri vəzifəsindən ayrılmasının səbəbi bəlli olub.
O, bu barədə “Report”a açıqlama verib.
Keçmiş hakim şəxsi işləri ilə əlaqədar bu addımı atdığını söyləyib:
“Öz istəyimlə bu vəzifədən ayrılmışam. Burada başqa səbəb yoxdur. Şəxsli işlərimlə əlaqədar bu qərarı verdim”.
Ö.Paşayev hakim-inspetor kimi fəaliyyətini davam etdirəcəyini də diqqətə çatdırıb.
Qeyd edək ki, Ömər Paşayev 2024-cü ildən bu vəzifəni icra edib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

