
Bakı. Trend:
ABŞ administrasiyasından daxil olan hədələr fonunda Venesuela
Silahlı Qüvvələri ölkənin bütün ərazisində döyüş hazırlığı
vəziyyətində mövqe tutub.
Trend xəbər verir ki, bunu
Prezident Nikolas Maduro bəyan edib.
Dövlət başçısı xatırladıb ki, ABŞ-dan gələn təhdidlər səbəbi ilə
artıq beş aydır polis bölmələrinin iştirakı ilə “Müstəqillik 200”
adlı genişmiqyaslı təlimlər həyata keçirilir.
Maduro Vaşinqtonun Venesuelaya qarşı atdığı addımları pisləyərək
onların ölkənin suverenliyinə yönəlmiş qəbuledilməz təzyiqlər
olduğunu vurğulayıb.


