Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Finlandiyalı həmkarı
Aleksander Stubb arasında telefon danışığı olub.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, Ərdoğan, Türkiyənin Qəzzadakı
atəşkəsin tətbiqini yaxından izlədiyini və Finlandiyanın Fələstin
dövlətini tanımasının məmnuniyyətverici olacağını bildirib.
Görüşdə Türkiyə ilə Finlandiya arasındakı ikitərəfli əlaqələr,
həmçinin regional və qlobal məsələlər müzakirə edilib.
Rəcəb Tayyib Ərdoğan, həmçinin, Türkiyənin Ukrayna ilə Rusiya
arasındakı sülh prosesinin uğurla tamamlanması üçün çalışdığını və
İstanbul müzakirələrinin funksional bir diplomatik platforma olaraq
təsdiqləndiyini qeyd edib.

