
Bakı. Trend:
Ağ Ev artıq kadr səviyyələri ixtisara düşəcək ABŞ qurumlarının
siyahısını tərtib edib.
Trend-in
məlumatına görə, bu barədə “CNN” televiziya kanalı hökumət
rəsmlərinə istinadən xəbər verib.
“Biz sabah, şənbə və ya bazar günü işçilərin ixtisarını elan edə
bilərdik”, – deyə telekanalın mənbələrindən biri bildirib.
Siyahı Ağ Evin İnzibati və Büdcə İdarəsi tərəfindən hazırlanıb
və administrasiya ixtisarların bəzi təfərrüatlarını
dəqiqləşdirir.
Bildirilib ki, Prezident Donald Tramp İdarənin direktoru Rassel
Vout ilə gündə bir neçə dəfə görüşür.

