Bir neçə bazarda nöqsanlar aşkarlanıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən
Neftçala, İmişli və Tovuz rayonlarında fəaliyyət göstərən ərzaq
bazarlarında növbəti monitorinqlər həyata keçirilib.

Trend xəbər
verir ki, bu barədə AQTA məlumat yayıb.




Bildirilib ki, monitorinq zamanı bir sıra nöqsanlar aşkar
olunub. Belə ki, bazarlarda balıq məhsullarının açıq havada
satışının həyata keçirildiyi, süd və süd məhsullarının satışı
sahələrində isə saxlanc və soyuducuların təşkil olunmadığı müəyyən
edilib. Bundan başqa, müəyyən olunub ki, bazar daxilində
abadlaşdırma işləri aparılmayıb, işçilər sanitar geyimlərlə təmin
edilməyib, piştaxtalar asan yuyulub təmizlənə bilən materialdan
təşkil olunmayıb.

Aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün bazar
sahiblərinə müvafiq göstərişlər verilib, qanunvericilik
çərçivəsində inzibati tədbirlər görülüb. AQTA bildirir ki,
insanların sağlamlığını riskə atan, qida təhlükəsizliyi tələblərinə
əməl etməyən satış subyektləri ilə bağlı nəzarət tədbirləri davam
etdiriləcək və sərt tədbirlər görüləcək.