Azərbaycanda yanğın risk xəritələri hazırlanır.
“Report” xəbər verir ki, bunu Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən Kosmik Agentliyinin (“Azərkosmos”) Coğrafi İnformasiya Sistemləri Mərkəzinin direktoru İsmət Baxışov Türk Dövlətləri Təşkilatının Xəritəçəkmə Qurumları Rəhbərlərinin 2-ci Toplantısında deyib.
Onun sözlərinə görə, bu sahədə monitorinqlər aparılır, hesabatlar hazırlanır.
Direktor qeyd edib ki, ölkə üzrə bütün rabitə, nəqliyyat və digər infrastruktur obyektlərinin xəritələnməsi, əlavə olaraq bütün tikililərin süni intellekt alqoritm vasitəsilə müəyyən edilməsi layihələri hazırda icra olunur.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

