Maqnit qasırğası gözlənilir – XƏBƏRDARLIQ

Baş səhifə

Bakı. Trend:

Günəşin tacında yaranmış boşluq və “X” sinifindən olan
partlayışla əlaqədar bu gün (3 dekabr) maqnit qasırğası
gözlənilir.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının
Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası
və Sibir Rəqəmsal Tədqiqatlar İnstitutu məlumat yayıb.




“2025-ci ilin dekabr ayının ilk maqnit qasırğası bu gün,
dekabrın 3-ə gözlənilir. Bunun səbəbi Yerə bir neçə faktorun eyni
anda təsir etməsidir: söhbət Günəş diskinin mərkəzi hissəsində
müşahidə olunan növbəti tac dəliyi və 1 dekabrda baş vermiş X
səviyyəli partlayışdan sonra meydana gələn plazma tullantısından
gedir”,-məlumatda qeyd olunur.

Proqnozlara görə, maqnit sahəsindəki pozuntular orta G2
səviyyəsini keçməməlidir, amma kifayət qədər uzun davam edə bilər.
Bundan əlavə, şimal və cənub qütblərində qütb şəfəqlərinin yaranma
ehtimalı yüksəkdir.