Bakı. Trend:
Çalışma müddətinin uzadıldığı hallarda işçinin əmək müqaviləsinə
Əmək Məcəllənin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam
verilməsinə yol verilməyəcək.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər
komitəsinin bugünkü onlayn iclasında müzakirə olunan Əmək
Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini
tapıb.
Layihəyə əsasən, çalışma müddətinin uzadılması işəgötürənin əmri
(qərarı, sərəncamı) ilə rəsmiləşdirilcək. Bu halda, işçinin əmək
müqaviləsinə Əmək Məcəllənin 70-ci maddəsinin “e” bəndinə əsasən
xitam verilməsinə və uzadılan müddətə müddətli əmək müqaviləsinin
bağlanılmasına yol verilməyəcək.

