Yanğın-xilasetmə idmanı üzrə kişilər arasında XXI dünya çempionatı və qadınlar arasında XII dünya çempionatının 2026-cı ildə Azərbaycanda keçirilməsi planlaşdırılır.
“Report”un məlumatına görə, bu barədə Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çupriyan Bakıda Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın-xilasetmə xidmətləri rəhbərlərinin XXVI Beynəlxalq Konfransında bildirib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

