Türk dövlətlərinin ümumi xəritəsi hazırlanıb

Baş səhifə
Türk dövlətlərinin ümumi xəritəsi hazırlanıb

Türk dövlətlərinin ümumi xəritəsi hazırlanıb.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qırğızıstanın Nazirlər Kabineti yanında Torpaq Ehtiyatları Kadastr, Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin Dövlət Kartoqrafiya və Geodeziya Xidmətinkn direktor müavini İsabekov Narınbek Duyşekeyeviç deyib.

Onun sözlərinə görə, xəritə Türk Dövlətləri Təşkilatının (TDT) Xəritəçəkmə Qurumları Rəhbərlərinin 2-ci Toplantısında təqdim ediləcək.

O qeyd edib ki, Türk dövlətləri dünyanın yarısını təmsil edir:

“Biz Türk dövlətləri olaraq dünyanın yarısıyıq. Biz bu dünyada önəmlilik daşıyırıq, bu dünyanın gələcəyini təmsil edirik”.