Din
- 03 dekabr, 2025
- 10:24

Göyçay şəhərində “Milli-mənəvi kimlik və müasir çağırışlar” mövzusunda regional konfrans öz işinə başlayıb.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, regional konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilir.
Konfransda Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Göyçay Rayon İcra hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, ilahiyyatçılar, din xadimləri, dini icma təmsilçiləri iştirak edirlər.
Tədbirdə konfransın mövzusu ilə bağlı çıxışlar olacaq və qoyulan problem ətrafında geniş müzakirələr aparılacaq.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

