Avropa İttifaqında Rusiya qazından imtina ilə bağlı razılaşma əldə olunub

Baş səhifə

Bakı. Trend:

Avropa Parlamenti və Avropa İttifaqı Şurası Rusiyanın təbii
qazının idxalında mərhələli şəkildə imtinanın reqlamenti ilə bağlı
ilkin razılığa gəliblər.

Trend xəbər verir
ki, bu barədə Avropa İttifaqı Şurasının saytında dərc olunmuş
pres-relizdə qeyd olunur.

Danimarkanın İqlim, energetika və kommunal xidmətlər naziri Lars
Oqard bunu bütün Avropa üçün böyük qələbə kimi qələmə verib.




“Biz Avropa İttifaqının Rusiya qazından asılılığına son
qoymalıyıq və onun Aİ-yə daimi qadağan olunması doğru istiqamətdə
atılmış mühüm addımdır”, – deyə o bildirib.

Bu reqlament, Avropa İttifaqının Rusiyadan enerji
daşıyıcılarının idxalını dayandırmağa yönəlmiş “REPowerEU” yol
xəritəsinin əsas elementidir.