Azərbaycan Basketbol Liqasında VIII tura start veriləcək

Baş səhifə
Azərbaycan Basketbol Liqasında VIII tura start veriləcək

Azərbaycan Basketbol Liqasında bu gün VIII tura start veriləcək.

“Report”un məlumatına görə, turun ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.

B qrupunda “Sərhədçi” evdə “Ordu” ilə üz-üzə gələcək. Matç saat 17:00-da start götürəcək. “Ordu” qrupda 14 xalla liderdir. 9 xala malik “Sərhədçi” sonuncu – altıncıdır.

A qrupunda isə “Neftçi” “Gəncə” ilə üz-üzə gələcək. Bu qarşılaşma saat 20:00-da başlayacaq. “Gəncə” 8 xalla dördüncü, “Neftçi” 7 xalla beşincidir.

Hər iki görüş “Sərhədçi” İdman Mərkəzində baş tutacaq.