Bakı. Trend:
Xəzər dənizinin sahilində yüzlərlə suiti cəsədi aşkarlanıb.
Trend xəbər verir
ki, məlumatı Dağıstanın Təbii Sərvətlər Nazirliyi yayıb.
Nazirliyin məlumatına görə, heyvanların cəsədləri respublikanın
bir sıra rayonlarında tapılıb. Mahaçqala, Karabudaxkənd, Kayakent
və Dərbənd rayonlarının sahil zolağında aparılan araşdırmalar
nəticəsində ümumilikdə 484 ölmüş suiti müəyyən edilib.
Suitilərin ölüm səbəblərinin müəyyənləşdirilməsi üçün Təbii
Sərvətlər Nazirliyi müvafiq qurumlara müraciət edib. Sahil
ərazilərində tədqiqatların davam etdiriləcəyi bildirilib.

