Bakı. Trend:
İspaniyanın “Real” klubunun heyətində ciddi itki baş verib.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, La Liqa nəhəginin müdafiəçisi
Ferlan Mendi sıradan çıxıb.
Fransalı futbolçu sağ ayaq əzələsindən zədə alıb. 30 yaşlı sol
cinah müdafiəçisinin təxminən 3 həftə yaşıl meydanlardan uzaq
qalacağı gözlənilir.
Qeyd edək ki, “Real” Ferlan Mendini 2019-cu ilin yayında “Lion”dan 48 milyon avroya transfer edib. Fransa millisinin üzvü bu
mövsüm Madrid təmsilçisinin heyətində 1 rəsmi matçda meydana
çıxıb.

