
Bakı. Trend:
Yeni il mövsümü yaxınlaşır və bununla birlikdə ənənəvi
“Gingerbread City” də geri qayıdır! Dekabrın 1-də “Port Baku
Mall”da açılacaq sərgi bu il Azərbaycan bayrağındakı aypara və
səkkizguşəli ulduzdan ilhamlanıb və “Winter in Azerbaijan”
adlandırılıb. Bayram əhval-ruhiyyəsini yaşamaq istəyirsinizsə, bu
tədbiri qaçırmayın!
NARGIS Nəşriyyat evi mütəmadi olaraq ictimai həyatın müxtəlif
sahələrini əhatə edən irimiqyaslı tədbirlər təşkil edir. Adətən
bayram günlərində keçirilən bu sərgidə Bakı şəhərinin abidələri və
Azərbaycan adət-ənənələrinə aid atributlar miniatür formada nümayiş
etdirilir. Layihənin ideyası “NARGIS” jurnalının baş redaktoru
Ülviyyə Mahmuda məxsusdur.
Sərgi Azərbaycanın peşəkar şirniyyatçıları və memarları
tərəfindən hazırlanacaq. Aypara və səkkizguşəli ulduz formasında
dizayn edilmiş maketdə ölkəmizin rəmzləri və zəngin mədəni irsi əks
olunacaq. Kompozisiyanın beynəlxalq səviyyədə də təqdim olunmasına
xüsusi önəm veriləcək. Bu, mədəniyyətimizin xarici auditoriya
arasında tanıdılmasına güclü təkan verəcək.
NARGIS komandası “Azərbaycan Hava Yolları” QSC-yə, “Azərbaycan
Dəmir Yolları” QSC-yə, “Azərpoçt” MMC, “Bakı Metropoliteni” QSC-yə,
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə, Bakı Şəhər
Halqası Əməliyyat Şirkətinə, “Wolt” çatdırılma şirkətinə,
MasterCard-a, “Push30” MMC-yə, “Miniboss Business School” tədris
mərkəzinə, “Medsol” MMC-yə, “Kidsberry” mağazasına, “Glodemia”
tədris mərkəzinə, “İTicket” MMC-yə, “The Attack” kafesinə və
“a’Nanas” restoranına verdiyi dəstəyə görə minnətdarlığını
bildirir.
Bu genişmiqyaslı layihənin həyata keçirilməsində və şəhərin
planının formalaşmasında əvəzsiz yardım göstərən və tədbirə
hazırlıq zamanı daim bizə məsləhət verən Azərbaycan Respublikasının
Dövlət Şəhərsalma və Arxitektura Komitəsini xüsusilə qeyd etmək
istərdik.
Sərginin keçirilməsi üçün məkan ayırdığına görə Port Baku Mall
ticarət mərkəzinə xüsusi təşəkkürümüzü bildiririk.
Sərginin rəsmi açılışı dekabrın 1-də baş tutacaq və 2026-cı il
yanvarın 15-dək davam edəcək. Giriş ödənişsizdir.


