XİN: Estoniya şirkətləri Azərbaycanda fəaliyyət göstərməkdə maraqlıdır

Baş səhifə
XİN: Estoniya şirkətləri Azərbaycanda fəaliyyət göstərməkdə maraqlıdır

Estoniya şirkətləri Azərbaycanda fəaliyyət göstərməyə can atır.

“Report” xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna sosial şəbəkə hesabında yazıb.

“Azərbaycan Cənubi Qafqaz regionunda (Estoniyanın – red.) mühüm tərəfdaşıdır. Estoniya şirkətləri Azərbaycanda işləməyə can atır və səfirliyin açılması (2026-cı ildə – red.) münasibətlərimizin möhkəmləndirilməsi və praktiki əməkdaşlığımızın dərinləşdirilməsi üçün daha yaxşı imkanlar yaradacaq”, – o, azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığındam sonra üzrə yazıb.