Türkiyə millisinin keçmiş futbolçusu saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Türkiyə millisinin keçmiş futbolçusu Gökhan Gönül
saxlanılıb.

Trend türk
KİV-lərinə istinadən xəbər verir ki, keçmiş müdafiəçi İstanbul Fond
Birjasında müəyyən səhm əməliyyatlarında manipulyasiya etməkdə
təqsirli bilinir.




Məlumata görə, onunla yanaşı, daha 11 nəfər saxlanılıb.

Qeyd edək ki, Gökhan Gönül karyerası ərzində “Fənərbaxça” və
“Beşiktaş” kimi məşhur komandalarda oynayıb.