Burhanəddin Duran: Azərbaycanla birgə dezinformasiyalarla mübarizə platformamız var

Baş səhifə

“Azərbaycan və Türkiyə dezinformasiyalara qarşı birgə daha effektiv mübarizə aparacaq”.

Bunu APA-nın Ankaraya ezam olunmuş əməkdaşına açıqlamasında Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran bildirib.

“Dezinformasiya ilə mübarizə mərkəzimiz təkcə Türkiyə ilə bağlı deyil, qardaş və qonşu ölkələrlə əlaqədar mövzularla bağlı dezinformasiyalara qarşı da mübarizə aparır. Bizim bu sahədə Azərbaycanla birgə mübarizə platformamız da var. Bu yöndə dezinformasiyaları izləyərək qarşılıqlı şəkildə mübarizə aparırıq. Bunun nümunələri var, qarşıdakı dövrdə də dezinformasiyalarla daha effektiv formada birgə mübarizə aparacağıq. Hər iki tərəfdə bununla bağlı qərarlıdır”, – Burhanəddin Duran vurğulayıb.