“4Sİ Akademiyası – Milli Proqram”ın yarımillik nəticələri açıqlanıb

Baş səhifə

Bakı. Trend:

“Coursera” platformasında istifadəçilər arasında bakalavrlar
üstünlük təşkil edir.

Trend xəbər
verir ki, bunu bu gün 4SİM-in Layihələrin İdarə Olunması Şöbəsinin
müdiri Gülminə Məlikzadə İqtisadiyyat Nazirliyinin tabeliyində
fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və
Koordinasiya Mərkəzi ilə Elm və Təhsil Nazirliyinin tabeliyindəki
Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı çərçivəsində həyata
keçirilən “4Sİ Akademiyası – Milli Proqram”ın yarımillik
nəticələrinə dair təqdimat zamanı bildirib.

Onun sözlərinə görə, pilot layihə çərçivəsində Coursera
platformasında qeydiyyatdan keçən 10 min istifadəçi arasında
qadınlar üstünlük təşkil edib:

“Milli Proqram”ın, yəni ikinci mərhələnin əsas məqsədi
vətəndaşların rəqəmsal bacarıqlarının genişləndirilməsi, beynəlxalq
sertifikatlı yerli mütəxəssislərin hazırlanması və əmək bazarının
ixtisaslı kadrlarla təmin edilməsidir.

Hazırda proqramda 37 min 500 istifadəçi qeydiyyatdan keçib.
Onlardan 13 mindən çoxu ödənişsiz proqramdan yararlanır.
İstifadəçilərə ümumilikdə 217 min kurs təqdim olunub və bu günədək
77 min ədəd kurs tamamlanıb”.

“Mobil tətbiq vasitəsilə internet olmayan məkanlarda da
kurslardan istifadə mümkündür. Kursu uğurla bitirən iştirakçılara
xüsusi rəqəmsal nişan (badge) təqdim olunur və bunu sosial
platformalarda paylaşa bilərlər.

Statistikaya əsasən, proqram çərçivəsində 18 min 647 nəfərlə
6-cı kohort üzrə rekord sayda kurs tamamlanıb. Regionlar üzrə
istifadəçi göstəricilərinə görə, Bakı (34 148 nəfər), Abşeron (2
883 nəfər) və Sumqayıt (2 371 nəfər) liderlik edir. İzlənmə
saatları üzrə SOCAR, İqtisadiyyat Nazirliyi, Elm və Təhsil
Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Universiteti ön sıralarda
yer alıb.

Universitetlər arasında isə kursların tamamlanma göstəricilərinə
görə Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət
Neft və Sənaye Universiteti ilk iki sıradadır. Təhsil səviyyəsinə
görə iştirakçıların daha böyük hissəsini bakalavr təhsili alanlar
təşkil edir. Proqramda 816 nəfər orta məktəb və ekvivalent təhsil
səviyyəsində iştirakçı da var. Peşə kateqoriyaları üzrə bölgüdə 16
751 mütəxəssis, 2 200 müəllim, 1 351 tələbə, 605 CEO və 332
mühəndis var.

İş təcrübəsinə görə, 10-20 il təcrübəsi olanlar platformadan
daha çox istifadə edib. Bu kateqoriyadan 7 374 nəfər iştirakçı var.
1-3 il təcrübəsi olanların sayı isə 6 178 nəfərdir.

Bu kurslar əsasən süni intellekt, layihələrin idarə olunması və
digər aktual rəqəmsal sahələri əhatə edir”, – o əlavə edib.




Coursera platformasında istifadəçilər arasında bakalavrlar
üstünlük təşkil edir.

Trend xəbər verir ki, bunu bu gün 4SİM-in Layihələrin idarə
olunması şöbəsinin müdiri Gülminə Məlikzadə İqtisadiyyat
Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye
İnqilabının Təhlili və Koordinasiya Mərkəzi və Elm və Təhsil
Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə
əməkdaşlığı çərçivəsində həyata keçirilən “4Sİ Akademiyası – Milli
Proqram”ın yarımillik nəticələrinə dair təqdimatda bildirib.

Onun sözlərinə görə, pilot layihəsə proqram çərçivəsində
Coursera platformasında qeydiyyatdan keçən 10 min istifadəçi
arasında qadınlar üstünlük təşkil edib:

“Milli Proqram” , yəni ikinci mərhələdə əsas məqsəd
vətəndaşların rəqəmsal bacarıqlarının genişləndirilməsi, beynəlxalq
sertifikatlı yerli mütəxəssislərin hazırlanması və əmək bazarının
ixtisaslı kadrlarla təmin edilməsidir.

Hazırda proqramda 37 min 500 istifadəçi qeydiyyatdan keçib.
Onlardan 13 mindən çoxu ödənişsiz proqramdan yararlanır.
İstifadəçilərə ümumilikdə 217 min kurs təqdim olunub və bu günədək
77 min ədəd kurs tamamlanıb”

“Mobil tətbiq vasitəsilə internet olmayan məkanlarda da
kurslardan istifadə mümkündür. Kursu uğurla bitirən iştirakçılara
xüsusi rəqəmsal nişan (badge) təqdim olunur və bunu sosial
platforma hesablarında qeyd edə bilərlər.

Statistikaya əsasən, proqram çərçivəsində 18 min 647 nəfərlə ilə
6-cı kohort üzrə rekord sayda kurs tamamlanıb. Regionlar üzrə
istifadəçi göstəricilərinə görə, Bakı (34 148 nəfər), Abşeron (2
883 nəfər) və Sumqayıt (2 371 nəfər) liderlik edir. İzlənmə
saatları üzrə SOCAR, İqtisadiyyat Nazirliyi, Elm və Təhsil
Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Universiteti ön sıralarda
yer alıb.

Universitetlər arasında isə kursların tamamlanma göstəricilərinə
görə Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft
və Sənaye Universiteti ilk iki sıradadır. Təhsil səviyyəsinə görə
iştirakçıların daha böyük hissəsini bakalavr təhsili alanlar təşkil
edir. Proqramda 816 nəfər orta məktəb və ekvivalent təhsil
səviyyəsində iştirakçı da yer alır. Peşə kateqoriyaları üzrə
bölgüdə 16 751 mütəxəssis, 2 200 müəllim, 1 351 tələbə, 605 CEO və
332 mühəndis var.

İş təcrübəsinə görə 10–20 il təcrübəsi olanlar platformadan daha
cox istifadə edib. Bu kateqoriyadan 7 374 nəfər iştirakçı var. 1–3
il təcrübəsi olanların sayı isə 6 178 nəfərdir.

Bu kurslar əsasən süni intellekt, layihələrin idarə olunması və
digər aktual rəqəmsal sahələri əhatə edir”.