Masallıda avtomobil aşıb, ölən və yaralananlar var

Baş səhifə
Masallıda avtomobil aşıb, ölən və yaralananlar var

Masallı rayonunda avtomobil aşıb.

“Report” xəbər verir ki, Musayev Zakir Məmmədəğa oğlu Həsənli kəndi ərazisində hərəkətdə olarkən idarə etməni itirərək avtomobili aşırıb.

Nəticədə sürücü, avtomobildə olan sərnişinlər – 1975-ci il təvəllüdlü İsmayılova Gülşən İsa qızı, 1985-ci il təvəllüdlü Nuriyeva Nuriyə Rasim qızı və 1961-ci il təvəllüdlü Vəlişova Sevda İsa qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı rayon Mərkəzi xəstəxanasına daxil olub.

Onlardan S.Vəlişova aldığı xəsarətlərdən rayon mərkəzi xəstəxanasında ölüb.

Faktla bağlı cinayət işi başlanmışdır.