
Bakı. Trend:
2025-ci ilin oktyabr ayında Ani Ödəniş Sistemi (AÖS) vasitəsilə
aparılan əməliyyatların həcmi 337,7 milyon manat, sayı isə 1,9
milyon ədəd təşkil edib.
Bu barədə Trend-ə Mərkəzi Bankdan məlumat verilib.
2024-cü ilin eyni ayı ilə müqayisədə AÖS vasitəsilə aparılan
əməliyyatların həcmi 76,3 milyon manat və ya 18% azalıb, sayı isə
1,791 milyon ədəd və ya 24,3 dəfə artıb.
Qeyd edək ki, ötən ilin oktyabr ayında ölkədə AÖS vasitəsilə
aparılan əməliyyatların həcmi 414 milyon manat, sayı isə 76,8 min
ədəd təşkil edib.
2025-ci ilin oktyabr ayında Xırda Ödənişlər üzrə Hesablaşma
Klirinq Sistemi (XÖNKS) vasitəsilə aparılan əməliyyatların həcmi
4,7 milyard manatı, sayı isə 9,1 milyon ədədi keçib.
Ötən ilin eyni ayı ilə müqayisədə XÖNKS vasitəsilə
əməliyyatların həcmi 134 milyon manat və ya 2,8 faiz, say isə
təxminən 6,3 milyon ədəd və ya 40,8 faiz azalıb.

