
Avropanın “Vega-C” raket daşıyıcısı Cənubi Koreyanın Yeri müşahidə peyki KOMPSAT-7-ni orbitə çıxarıb.
“Report”un məlumatına görə, yayımı “Arianespace” kosmik buraxılış operatoru aparıb.
Buraxılış bazar ertəsi yerli vaxtla saat 14:21-də (Bakı vaxtı ilə saat 21:21) Fransa Qvianasındakı Kuru kosmodromundan həyata keçirilib. Peyk 576 km yüksəklikdə Günəş-sinxron orbitə yerləşdirilib. Peyk buraxılışdan 44 dəqiqə sonra raketdən ayrılıb.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


