Aİ Ukrayna danışıqlarındakı tərəflərə öz mövqeyini çatdırmaq niyyətindədir

Baş səhifə

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Ukraynadakı sülh danışıqlarının
iştirakçılarını öz maraqları barədə məlumatlandıracaq.

Trend-in məlumatına görə, bu barədə Avropa Komissiyasının (AK)
rəsmi nümayəndəsi Paula Pinyu deyib.




“Həftə ərzində Ukrayna ilə bağlı sülh danışıqları ilə bağlı
müxtəlif səviyyələrdə bir neçə müzakirə aparılıb”, – deyə mətbuat
katibi brifinq zamanı deyib.

O, həmçinin Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə
Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığını
xatırladıb. P.Pinyu bildirib ki, onlar “digər məsələlərlə yanaşı,
davam edən sülh danışıqlarının növbəti mərhələlərini və Avropa
İttifaqı ilə birbaşa əlaqəli aspektləri müzakirə etdilər”.