Bakı. Trend:
Çinin Tianqonq Kosmik Stansiyasında kosmik tullantılar
nəticəsində şüşəsində çat yaranan Şincou-20 ekipaj gəmisi Yerə
insansız qaytarılacaq.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Zədə səbəbindən 5 noyabrda planlaşdırılan geridönüş missiyası
təxirə salındıqdan sonra taykonotlar 14 noyabrda Şençou-21 gəmisi
ilə Yerə dönüblər. Yeni missiyanı yerinə yetirən
Şinçou-21 heyətinin geri gətirilməsi üçün isə Şinçou-22 gəmisi
stansiyaya göndərilib.
Tianqonq Kosmik Stansiyasında 3 nəfərlik heyət 6 aylıq növbəli
missiyalarla fəaliyyət göstərir.

