Bakı. Trend:
İtaliyanın “Milan” klubu hücum xəttini gənc futbolçu ilə
gücləndirmək niyyətindədir.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, klub “Anje”nin şərəfini qoruyan
Sidiki Şeriflə yaxından maraqlanır.
Milan təmsilçisinin skautlarının mövsümün əvvəlindən etibarən 18
yaşlı forvardı izlədiyi və onu gələcək üçün perspektivli transfer
kimi dəyərləndirdiyi bildirilir.
Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2028-ci ilin iyununa
qədər qüvvədədir.
Qeyd edək ki, futbolçu cari mövsümdə Fransa çempionatında
keçirdiyi 14 oyunda 3 qolla yadda qalıb.

